Peyvəndin birinci dozasını vurduranlara qoyulan məhdudiyyətlərə aparıcıdan ETİRAZ

Maqazin
13:54 / 01.09.2021
1906
"Birinci doza vaksin olunanlara məhdudiyyətlərin qoyulmasını düzgün hesab etmirəm”.
Sfera.az bildirir ki, bunu tanınmış teleaparıcı Murad Əzimzadə deyib.
Aparıcı düşünür ki, adamların ikinci doz vaksinə qədər qadağalarla yaşaması, onlarda aqressiya yaradacaq:
"Eyni zamanda vaksinə etibarı məhv edəcək. İkinci bir sual, birinci doza vaksin bu qədər təsirsizdirki, ikinci dozaya kimi qadağalar tətbiq olunur?”.
M.Əzimzadə həmçinin qeyd edib ki, ikinci doza vaksini vurdurmaqdan yayınanları təqib edib vaksinasiyaya cəlb etmək daha yaxşı olardı.
Türkan
Sfera.az