Azərbaycanda bu şəxslər 1700 manatdan çox maaş alır

Azərbaycanda bu şəxslər 1700 manatdan çox maaş alır
Azərbaycanda muzdla çalışanların 4,5 faizinin aylıq maaşı 1700 manatdan yüksəkdir. Rəsmi məlumatlara əsasən 2020-ci ilin noyabrında ölkəmizdə 1,69 milyon insan muzdlu işçi olub və onların 76 mindən çoxu 1700 manat və daha çox maaş alıb.

Sfera.az bildirir ki,  2019-cu ildə muzdlu işçilərin 4,2 faizi, yəni 68,9 min nəfəri 1700 manatdan artıq maaş alırdı. Bir il ərzində 1700 manatdan çox maaş alanların sayı 7 mindən çox artıb. 

Yüksək maaş alanların çox hissəsi mədənçıxarma sənayesində, maliyyə və sığorta, informasiya və rabitə sahəsində çalışanlardır. Mədənçıxarma sənayesində çalışanların 38,5 faizinə, maliyyə və sığorta sahəsində çalışanların 24,2 faizinə, informasiya və rabitə sahəsində işləyənlərin isə 12,5 faizinə 1700 manatdan çox  maaş verilir. 

Muzdla çalışanların çox hissəsi isə orta əməkhaqqından aşağı maaş alır. 2020-ci ilin yekunlarına görə muzdla çalışanların 73 faizinə orta əməkhaqqından (703 manat) az maaş ödənilib. Əməkhaqqı alanların 3,2 faizi 250 manatdan az, 23,3 faizi 250-300 manat, 10,4 faizi 301-350 manat, 16,7 faizi 351-450 manat həcmində maaş alıblar.

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

DYP hərəkət iştirakçılarına müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.   Bu barədə Sfera.az-a BDYPİ-dən məlumat...

Azərbaycanda övladlığa verilən uşaqların sayı açıqlandı

2025-ci il ərzində valideyn himayəsindən məhrum olan və dövlətin qayğısı ilə əhatə olunan uşaqların övladlığa verilməsi istiqamətində mühüm addımlar atılıb. ...

Ağdərədə 46 yaşlı kişi mal-qara otaran zaman minaya düşdü

Ağdərə rayonunun Həsənqaya kəndi ərazisində 2025-ci il 10 iyul tarixində mina hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Re...

“Qarabağ” daha bir legionerlə vidalaşdı

“Qarabağ”ı tərk edən daha bir futbolçunun adına aydınlıq gəlib.   Sfera.az Futbolinfo.az-a istinadən xəbər verir ki, hücumçu Redon Cica n...

Azərbaycanın mövqeyi qəbul olunub: Əbu-Dabi görüşünün - DETALLARI

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilir. &n...

Uşaq Qəbələdə kirayə tutduqları villanın hovuzunda boğuldu

Qəbələdə faciəvi hadisə baş verib.   Sfera.az xəbər verir ki, Bakının Qaradağ rayonu Lökbatan qəsəbə sakini 2021-ci il təvəllüdlü C.Qasımova ray...