Samuxda 30 yaşlı kişi qonşusu tərəfindən bıçaqlandı

Kriminal
22:30 / 31.08.2021
2922
Samux rayonunda qonşular arasında mübahisə düşüb, bir nəfər bıçaqlanıb.
Sfera.az-a verilən məlumata görə, hadisə rayonun Ziyadlı kəndində qeydə alınıb.
Kənd sakini, 1991-ci il təvəllüdlü Alıxanov İsgəndər qonşusu ilə mübahisə zəminində bıçaqlanıb.
O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdıra aparılır.
Turan
Sfera.az