“ABŞ-dan fərqli olaraq, biz İraqdan çıxmayacağıq” - Makron

Dünya
17:38 / 31.08.2021
1322
"Demokratiyanın qarşısını silahla ala bilməzsiniz".
Sfera.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron İraqa səfəri zamanı deyib. Dövlət başçısı ABŞ-dan fərqli olaraq Fransa qüvvələrinin İraqdan çıxmayacağını bildirib:
"İraqda, Liviyada, Əfqanıstanda olan durum bizə onu öyrətdi ki, demokratiyanın qarşısını silahla almaq olmaz. Terroristlər İraqda olduğu müddətdə oranı qoruyacağıq, bu, Fransa üçün şərəfdir".
Makron Əfqanıstandan təxliyələrin təhlükəsiz şəkildə həyata keçirilməsi üçün Talibanla danışıqların aparıldığını deyib.
Əzizə Zeynal
Sfera.az