"Türk əsgərləri yenidən Əfqanıstana gedəcək"- Əzizullah Din Məhəmməd

"İnşallah Əfqanıstanda yeni hökumət qurulduqdan sonra türk əsgərləri yenidən bura gələcək".

Sfera.az xəbər verir ki, bunu "Taliban" hərəkatına yaxın Sülh Şurasının sədri Əzizullah Din Məhəmməd deyib.

Türkiyənin "Yeni Şafak" qəzetinə müsahibə verən şura sədri, Əfqanıstanda hökumət qurulsa sabitliyin olacağını bildirib. Türklər və əfqanlar arasındakı tarixi bağları xatırladan Sülh Şurasının sədri, ilk əlaqələrin Türkiyə ilə qurulacağına inandığını da qeyd edib:

" "Taliban"ın "Əfqanıstanda heç bir xarici güc istəmirik" açıqlaması türk əsgərləri ilə bağlı deyil, NATO ilə bağlıdır. "Taliban" Əfqanıstanda NATO -nun heç bir gücünü istəmir. İnşallah, yeni hökumət qurulandan sonra, Türkiyə ilə müstəqil əlaqələr qurulacaq. Türk əsgərləri yenidən Əfqanıstana gələcək, əlaqələrimiz daha da yaxşı inkişaf edəcək".

Əzizə Zeynal
Sfera.az
 
 

OXŞAR XƏBƏRLƏR