Məmmədyarov geriləyib, Rəcəbov mövqeyini qorudu

İdman
15:04 / 31.08.2021
1030
Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
Sfera.az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın 1 təmsilçisi yer alıb.
Teymur Rəcəbov 2 763 xalla 10-cu sıradakı mövqeyini qoruyub. Şəhriyar Məmmədyarov isə 5 pillə geriləyərək "onluğ"u tərk edib. O, hazırda 2762 xalla 11-cidir.