Talibanın nəzarətinə keçən Kabil hava limanı – FOTOLAR

Talibanın nəzarətinə keçən Kabil hava limanı – FOTOLAR
Əfqanıstandakı son ABŞ əsgərləri dünən axşam saatlarında ölkəni tərk ediblər.
 
Beləliklə, Taliban Həmid Kərzai adına Kabil Beynəlxalq Hava Limanına nəzarəti ələ keçirib. Hava limanına girən Taliban döyüşçüləri geriyə buraxılan təyyarələri incələyiblər.

Sfera.az xəbər verir ki, təşkilatın ələ keçirdiyi təyyarə və vertolyotlarla nələr edə biləcəyi ilə bağlı müxtəlif ekspert rəyləri mövcuddur.

Taliban xüsusi təyinatlılarının üzvü jurnalistlərdən biri ilə birlikdə hava limanını gəzib. Lakin döyüşçü nəqliyyat vasitəsini düzgün idarə edə bilmədiyi üçün jurnalistlə yanaşı bəzi döyüşçü yoldaşları da maşından eniblər. 

Hava limanına gedən və döyüşçülər qarşısında çıxış edən Talibanın mətbuat katibi Zabihullah Mücahid, "20 illik mübarizəmiz, fədakarlığımız və Allahın köməyi ilə bu gün müstəqilliyimizi qazandıq və ABŞ qüvvələrinin ölkədən çıxmasını təmin etdik" , - deyə söyləyib

Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR