Banklar dollar alışını artırır

Banklar dollar alışını artırır
Avqustun son valyuta hərraclarında banklar tərəfindən dollar alışının artması müşahidə edilib. 

Sfera.az bildirir ki, avqustun əvvəlində keçirilən hərraclarda dollara tələb 40 milyon olurdusa, son günlərdə tələb 75 milyon dollara çatıb. Bu gün keçirilən hərracda da tələb yüksək olub və banklar 76,3 milyon dollar alıblar. 

Ümumilikdə, avqsut ayı ərzində keçirilən valyuta hərraclarında 512,2 milyon dollar satılıb. Bu məbləğ iyula (461,6 milyon dollar) və iyuna (463,6 milyon dollar) nisbətən çox olub. 

Valyuta hərraclarında dollar satışı Dövlət Neft Fondunun vəsaitlərinin dövlət büdcəsinə köçürülməsi məqsədilə həyata keçirilir. 2021-ci ilin planına görə Fond hər ay orta hesabla 598 milyon dolları manata çevirməlidir. 

Buradan görünür ki, avqustda dollara tələb artsa da, satılan məbləğ ortaillik məbləğdən azdır. Buna görə də Neft Fondu indiyə qədər nəzərdə tutulandan xeyli az vəsaiti manata dəyişə bilib.

Vasif
Sfera.az



OXŞAR XƏBƏRLƏR