Azərbaycanda bir ildə 327 min nəfər işdən azad edilib - Statistika

Azərbaycanda bir ildə 327 min nəfər işdən azad edilib - Statistika
Azərbaycanda ötən il müxtəlif səbəblərdən 327,4 min nəfər işdən azad edilib. 2020-ci ildə 382,8 min nəfər isə işə götürülüb.
 
Sfera.az bidirir ki, ötən illə müqayisədə işdən çıxanların sayı 58,7 min və ya 22 faiz artıb. Statistika göstərir ki, son illərdə iş yerini dəyişən işçilərin sayında ciddi artım var. Belə ki, 2010-cu ildə 160 min insan iş yerini dəyişdiyi halda, 2015-ci ildə 244 min, ötən il 327 min insan iş yerini dəyişib. On illik dövrdə iş yerini dəyişənlərin sayı 2 dəfədən çox artıb.
 
İşçilər əsasən öz xahişi ilə işdən azad edilir. Öz xahişi ilə işdən azad edilənlərin sayı 268 min olub. Başqa sözlə, işçilərin 82 faizi iş yerini öz istəyi ilə dəyişir.
Öz xahişi işdən çıxanlar 2010-cu ildə işdən azad edilənlərin 60,2 faizini, 2015-ci ildə 73,8 faizini təşkil edib.  

İşçilərin sayı və ya ştatları ixtisar edilməklə əlaqədar işdən çıxanların sayı 5107, digər səbəblərdən işdən çıxanlar isə 54,4 min nəfərdir.
 
Ən çox iş yerini dəyişmə tikintidə (90 min), ticarətdə (64,6 min), inzibati və yardımçı xidmətlərin göstərilməsində (60 min), emal sənayesində (42 min) qeydə alınıb.
 
Vasif
 
 

OXŞAR XƏBƏRLƏR