"Yığışdırın bu düşük xal qazanma tryuklarını, ayıbdır" - Tanınmış aparıcıdan şəhid ailələri ilə bağlı elanlara ETİRAZ

Maqazin
10:46 / 31.08.2021
1099
"”Şəhid və qazi ailələrinə pulsuzdur. Atalarınız tərəfindən ödənilib. Nə zamandır qıcıq olduğum şeylərdən biri də bu qəbildən olan elanlardır”.
Sfera.az bildirir ki, bunu tanınmış aparıcı İlhamiyyə Rza deyib. O, sosial şəbəkə hesabında sözügedən elanlarla bağlı etirazını bildirib və bu istiqamətdə nümunələr də çəkib.
"Adətən 2 manatlıq dönər satan dönərxanaların, girişi 3 manat olan istirahət əyləncə məkanlarının, bəzi avtomobillərin üzərində rastıma çıxıb. Yığışdırın bu düşük xal qazanma tryuklarını, ayıbdır. Siz nə düşünürsünüz, şəhid övladı gəlib dönərxananın qabağında boynunu büküb deyəcək ki, şəhid övladıyam, pulsuz dönər ver? Bu cür görürsünüz onları?”, -deyə aparıcı əlavə edib.
Türkan
Sfera.az