Oğurladıqları pulla “Tik-tok” videoları çəkən şəxslər tutuldu

Oğurladıqları pulla “Tik-tok” videoları çəkən şəxslər tutuldu
Oğurladıqları pulla "Tik-tok” videoları çəkən Cəlilabad sakinləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Sfera.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qarazəncir kəndi ərazisindəki evlərdən birindən oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri Mətləb Verdiyev və Samir Xəlilov saxlanılıblar.

Onların ev sahibinin olmadığı vaxt həmin evə daxil olaraq oradan 4500 manat pul oğurladıqları müəyyən edilib.

Oğurladıqları pullarla və kirayə götürdükləri bahalı avtomobillə sosial şəbəkələrdə videogörüntülər paylaşan həmin şəxslər çox çəkmədən polis əməkdaşları tərəfindən saxlanılıblar.

Aparılan araşdırmalarla M.Verdiyevin əlavə olaraq 1 yaşayış evi və 1 mağazadan ümumilikdə 620 manat nağd pul və 1 yardımçı tikilidən 500 manat dəyərində təmir-tikinti alətləri oğurladığı müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...