Şuşada şəhərətrafı yaşıl halqa yaradılacaq

Cəmiyyət
17:08 / 30.08.2021
1193
İşğaldan azad olunmuş Şuşa şəhərində 8 km uzunluğunda şəhərətrafı yaşıl halqa yaradılacaq.
Sfera.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev sosial şəbəkə hesabında yazıb. O qeyd edib ki, ölkə başçısının göstərişi ilə Şuşanın Baş Planı üzərində iş çərçivəsində şəhərin yaşıllıq və landşaft strategiyasına xüsusi diqqət ayrılır:
"Şuşanın təbii meşə və parkları bərpa olunacaq, yeni yaşıl koridorlar, o cümlədən 8 km-dən çox şəhərətrafı yaşıl halqa yaradılacaq. Şuşada 36,2 km yol bərpa olunacaq, 17,6 km yeni yol salınacaq.
Baş Plan üzərində iş çərçivəsində şəhərin funksional zonalaşdırılması aparılıb, buna əsasən nəqliyyat infrastrukturunun yenilənməsi, küçələrin kateqoriyalaşdırılması, ictimai nəqliyyatın təşkili və s. üzrə təkliflər hazırlanıb”.


