ÜST xəbərdarlıq etdi: "Dekabradək 236 min insan öləcək"

Dünya
16:37 / 30.08.2021
3349
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa nümayənədliyi koronavirusa qarşı peyvəndləmə prosesi zəif aparıldığı üçün ölüm hallarının çoxalacağı ilə bağlı məlumat yayıb.
Sfera.az xəbər verir ki, ÜST-ün Avropa Masasının rəhbəri Hans Kluqe qitədə koronavirus peyvəndi proqramlarının yavaşladığını və koronavirus xəstəliyinin yayılma sürətinin narahatlıq doğurduğunu söyləyib.
ÜST rəsmisi bu səbəblə Avropada dekabrın 1-nə qədər 236 mindən çox insanın xəstəlikdən ölə biləcəyini deyib.
ÜST nümayəndəsinin verdiyi məlumata görə, epidemiya başlayandan bu yana Avropa ölkələrində qeydə alınan koronavirus ölümlərinin sayı 1 milyon 300 mini keçib. Ötən həftə 53 Avropa ölkəsindən 33-də koronavirusla bağlı ölümlərdə 10 faiz artım olub.
Əzizə Zeynal
Sfera.az