“Bu platforma bütün tərəflərin marağındadır” – Ərdoğanın təklifi dəstək qazanacaq?

16:17 / 30.08.2021
1262
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan artıq bir
neçə ildir ki, 5 və ya 6-lıq platformanın yaranması ilə bağlı məsləyə diqqət çəkir.
Ötən gün Türkiyə prezidenti yenidən bu məsələni gündəmə
gətirərək, Türkiyə, Rusiya, İran, Azərbaycan, Ermənistan və Gürcüstanın iştirakı
ilə Cənubi Qafqazda əməkdaşlıq təşəbbüsünü dilə gətirib.
Maraqlıdır, Ərdoğanın bu təklifi üzv ölkələr üçün
hansı imkanları açacaq? Platformanın qurulması real görünürmü?
Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Natiq
Miri Gürcüstanın təklif olunan platformada tərəf kimi çıxış etməyəcəyini deyib:
"Ərdoğanın irəli sürdüyü
təklif yeni deyil, yəni, bir neçə il əvvəl də belə bir təklif olmuşdu. Lakin bir neçə
ilə əvvəl Qarabağ münaqişəsi həll olmamışdı deyə, təklifin reaallaşması mümkün
deyildi və Ermənistan buna isti yanaşamırdı. 44 günlük Vətən müharibəsindəki qələbədən
sonra regionda yeni geosiyasi vəziyyət yarandı ki, bununla da regionda əməkdaşlıq
platformasının qurulması yaxşı olardı. Gürcüstan altılıq platformanın qurulmasına
isti baxmır, çünki Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş əraziləri var.
Buna görə Ərdoğan beşlik formatından da söz açıb".
Politoloq beşli platformanın İran və Ermənistan üçün
xüsusilə faydalı olacağını deyib:
"Sözügedən platforma iqtisadi-ticari imkanlar
yaradacaq və yeni kommunikasiya sistemləri vasitəsi ilə Rusiya çox asanlıqla
Naxçıvana, Ermənistana, İrana, Cənub Şərqi Asiya ölkələrinə qədər iqtisadi
ticarət imkanlarını genişləndirəcək. Eyni imkanlar İran, Ermənistan üçün də keçərlidir.
Xüsusilə Ermənistan blokadadan çıxacaq və Ermənistan üçün investisiya imkanı
yarana bilər.
Ermənistan yeni maliyyə bazarlarına çıxmaqla bərabər,
öz kənd təsərrüfat mallarını İran və Hindistana sata biləcək. Məlum olduğu kimi
İran indiyədək ABŞ sanksiyaları içərisində boğulurdu. Yeni lahiyə İran üçün də
yeni iqtisadi imkanlar yaratmaqla sanksiyaları arxa plana atacaq".
Ekspert sözügedən platformanın reallaşamasına maneə
yaradan ölkələri yeni müharibənin olmasında maraqlı tərəflər kimi təqdim edib:
Əzizə Zeynal
Sfera.az