“Moskvaya pul dalınca gedib...” – Deputat Mirzoyanın Moskva səfərini şərh edir

“Moskvaya pul dalınca gedib...” – Deputat Mirzoyanın Moskva səfərini şərh edir
"Ermənistanın yeni XİN rəhbərinin Moskva səfərindən fövqəladə nəsə gözləməyin mənası yoxdur və səfər pul toplamaq məqsədi daşıyır”.

Bu sözləri Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Ermənistanın yeni xarici işlər naziri Ararat Mirzoyanın Rusiya paytaxtına baş tutan səfərini dəyərləndirərkən deyib:
 
"Paşinyan hökumətin formalaşması prosesini başa çatdırıb. O yenə də təxribatçı mövqe sərgiləyərək, "arsaq xalqı” ifadəsindən istifadə edir. Artıq arsaq və Dağlıq Qarabağ ifadəsi yoxdur. Heç bir halda status məsələsindən söhbət gedə bilməz. İrəvan hələ də 44 günlük müharibənin nəticəsindən yaxşı dərs almayıb. Dəmir yumruq yeni də onların başı üzərində çatlamalıdır”.
 
Deputatın fikrincə, erməni XİN rəhbəri Moskvaya əslində maliyyə əldə etməyə gedir: "Paşinyan 5 illik proqram irəli sürsə də, onu reallaşdırmaq imkanında deyil. Maliyyə durumları çox ağırdır. Orduda islahatlar keçirməyə vəsaitləri yoxdur. Hətta qadınları belə hərbi xidmətə çağırırlar. Deməli, bu ölkədə kişi tapılmır.
Eyni zamanda, Azərbaycan tərəfindən Füzuli Hava Limanı istiqamətində işlərin sürətlə getməsi, Şuşada tarixi abidələrin bərpa edilməsi, ərazidə infrastrukturun yenidən qurulması yönündə atılan addımlar erməni hakimiyyətinin yuxusuna haram qatıb”.
 
Elçin
 

OXŞAR XƏBƏRLƏR