Heydər Əliyevlə Koçaryanın DİALOQU YAYILDI: "Gözünün içinə qədər yalan deyir, quldurbaşının böyüyü özüdür"

Heydər Əliyevlə Koçaryanın DİALOQU YAYILDI:

2001-ci ildə Strasburqda Ulu Öndər Heydər Əliyevin Koçaryanla görüşünün rəsmi hissəsindən sonra aralarında belə bir söhbət olub.

Sfera.az xəbər verir ki, bu barədə sabiq xarici işlər naziri Vilayət Quliyevin xatirlərini Beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli bölüşüb. Dialoqun məğzi təxminən belə olub:

– Mənim təşəbbüsümlə Şuşada Vaqifin məzarı üzərində məqbərə tikilmişdi. Vaqif bizim böyük şairimizdir, Qarabağ xanlığının vəziri olub. Məqbərə nə vəziyyətdədir? Onu da dağıtmısınız?

– Başımız açılana qədər bütün alüminium hissələrini, mərmər üzlükləri söküb aparmışdılar. Karkası isə durur.

– Ümidvaram ki, bu işdə sənin əlin olmayıb…

– Nə danışırsınız, Heydər Əliyeviç…

"Prezidentin sifətindəki ifadədən qarşısında dayanan bu məxluqdan iyrəndiyi açıq-aşkar oxunurdu. Erməni heyəti aralanandan sonra Ulu Öndər Heydər Əliyev heç kəsə müraciət etmədən sanki öz-özü ilə danışırmış kimi "Gözünün içinə qədər yalan deyir. Quldurbaşının böyüyü özüdür” – dedi.

Daha sonra fikirlər belə davam etdirilir: "Bu gün Şuşada Prezident və Xanımının iştirakı ilə Vaqif Poeziya Günlərinin açılışı olub. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya günləri Şuşa işğaldan azad edildikdən sonra ilk dəfədir təşkil olunur. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə keçiriləcək tədbir iki gün davam edəcək. Poeziya günləri çərçivəsində çıxışlar, ədəbi simpozium, sərgilərin açılışı olacaq”.

 

(konkret.az)


OXŞAR XƏBƏRLƏR

Şərurlu İsfəndiyar həbs edilə bilər - Məhkəməyə verilib

Xüsusi ittiham qaydasında məhkəməyə verilən “Şərur MTK”nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) yenə də məhkəməyə gəlməyib.   S...

İnsanlar bu halda daha emosional qərarlar verir - Yeni ARAŞDIRMA

İnsanların verdiyi qərarlarda yalnız məntiq deyil, emosiyalar da mühüm rol oynayır.    Sfera.az   "Scientific American” jur...

Azərbaycan və qırğız xalqlarını ümumtürk kimliyi, ortaq mədəni dəyərləri, əsrlərdir davam edir – Cavanşir Feyziyev

“Azərbaycan və qırğız xalqlarını ümumtürk kimliyi, ortaq mədəni dəyərlər, əsrlərdir davam edən ədəbiyyat və sənət mübadiləsi birləşdirir. Bu gün ölkələrim...

Uçuş zamanı bu DƏRMANLARI qəbul etmək olmaz

Stress və ya ağrı səbəbindən qəbul edilən bir çox dərman xoşagəlməz simptomlara səbəb ola bilər.   Sfera.az təyyarədə qəbul edilməməli olan dərm...

Bakıya yalnız qələbə üçün gələcəyik!

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu Həbib Nurməhəmmədov Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi UFC turniri ilə bağlı paylaşım edi...

Namiq Qaraçuxurludan şou-bizneslə bağlı ŞOK AÇIQLAMALAR - VİDEO

Meyxanaçı Namiq Qaraçuxurlu açıqlaması ilə müzakirələrə səbəb olub.   Sfera.az xəbər verir ki, o "İncə səhər" verilişinə müsahibəsində...