İlham Əliyev 39 il sonra Heydər Əliyevin şəkil çəkdirdiyi yerdə - FOTO

Siyasət
13:56 / 30.08.2021
934
Azərbaycan Prezidenti İlham Əliyevin 39 il əvvəl ulu öndər Heydər Əliyevin şəkil çəkdirdiyi fotosu yayılıb.
Sfera.az xəbər verir ki, fotonu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Instagram” hesabının "hekayə” bölümündə paylaşıb.
Heydər Əliyev bu fotonu 1982-ci ilin iyulunda Şuşaya səfəri zamanı çəkdirmişdi.
Dünən Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində azadlığa qovuşan Şuşada dahi Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin bərpadan sonra açılış mərasiminə qatılıb.