Hər 4-cü rusiyalı müsəlman olacaq – Moskvanın və Rusiyanın etnik tərkibi ilə bağlı şok açıqlama

13:20 / 30.08.2021
2106
Rusiya
Federasiyasının paytaxtı Moskvanın etnik tərkibi ilə bağlı məxfi məlumatlar maraq
doğurur. Xatırladaq ki, KİV-də bu məlumat xüsusi xidmət məsləhətçilərindən
birinə istinadla hələ 2015-ci ilin mayında ictimaiyyətə açıqlanmışdı.
Sfera.az
xəbər verir ki, müasir Moskvanın 11 milyonluq əhalisinin slavyan əsilli (red.
rus, ukraynalı və belarus) nümayəndələrinin sayı hazırda cəmi 4 milyon 600
mindir.
Sözügedən
məlumatda deyilirdi ki, Moskva əhalisinin 31 faizini ruslar, 14 faizini azərbaycanlılar,
10 faizini tatarlar, başqırlar və çuvaşlar, 8 faizini ukraynalılar, 5 faizini
ermənilər, 5 faizini taciklər, özbəklər və qırğızlar, 5 faizini koreyalılar,
çinlilər və vyetnamlılar, 4 faizini çeçenlər, dağıstanlılar və inquşlar, 3
faizini beloruslar, 3 faizini gürcülər, 3 faizini moldavanlar, 3 faizini
qaraçılar, 2 faizini yəhudilər, 4 faizini isə digər xalqların nümayəndələri təşkil
edir.
Selcan
Sfera.az