Naməlum qızdırma bu ölkəni cənginə alıb: Ölənlərin sayı 68-ə çatdı

Naməlum qızdırma bu ölkəni cənginə alıb: Ölənlərin sayı 68-ə çatdı
Hindistanın şimalındakı Uttar-Pradeş ştatında naməlum viruslu qızdırma nəticəsində son sutkada 12 uşaq ölüb.
 
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, bununla da indiyədək regionda həmin xəstəlikdən ölənlərin sayı 68 nəfərə çatıb, onlardan 40-ı azyaşlıdır. 
 
Ölkədə bu tip xəstələrin sayı sürətlə artır, bəzi rayonlarda xəstəxanalarda yerlər çatışmır.
 
Qızdırmanın əsas səbəbi bilinmir. İlkin versiyalara görə, xəstəliyi ağcaqanadlar yayır. 
 
Aysel
Sfera.az

OXŞAR XƏBƏRLƏR