“Taliban”ın təhsil naziri bəyan etdi: “Oğlanlarla qızlar birlikdə oxumayacaq”

12:35 / 30.08.2021
725
Əfqanıstanın
yeni təhsil sistemində tələbə qız və oğlanların ayrı-ayrı təhsil almaları nəzərdə
tutulur.
Sfera.az-ın
TASS-a istinadla məlumatına görə, bunu ölkədə hakimiyyəti ələ keçirən radikal
"Taliban” hərəkatının Ali Təhsil Naziri vəzifəsinə təyin etdiyi Əbdül Baki
Haqqani bildirib.
"Əfqanıstanlı
qızların təhsil almaq hüququ var, amma onlar gənc oğlanlarla eyni siniflərdə
oxuya bilməzlər. Tələbə qızlar üçün təhlükəsiz təhsil mühiti yaradılacaq”,- deyə
yerli TOLOnews telekanalı Haqqaninin təhsil mövzusunda keçirilən xüsusi toplantıdakı çıxışından sitat gətirir.
Öz növbəsində,
ölkəni tərk edən Prezident Əşrəf Qaninin hakimiyyəti dövründə təhsil naziri vəzifəsini
icra edən Abbas Bəsir, Talibanın Əfqanıstan təhsil sisteminin son iyirmi ildə əldə
etdiyi bütün uğurları qoruyacağına söz verdiyini vurğulayıb.
Ali Təhsil
Naziri vəzifəsini icra edən Əbdül Baki Haqqani həmçinin yaxın vaxtlarda universitetlərin
fəaliyyətinin bərpa ediləcəyinə, müəllimlərə və nazirlik əməkdaşlarına yenidən əmək
haqqı ödəniləcəyinə də söz verib.
Selcan
Sfera.az