"Qarabağ"ın legioneri milliyə dəvət aldı

İdman
12:06 / 30.08.2021
698
"Qarabağ"ın futbolçusu Patrik Andrade Kabo-Verde millisinə dəvət alıb.
Sfera.az-ın məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi 2022-ci dünya çempionatının seçmə oyunları üçün heyətə cəlb edilib.
Qeyd edək ki, Kabo-Verde sentyabrın 1-də Mərkəzi Afrika Respublikası, sentyabrın 7-də isə Nigeriya ilə üz-üzə gələcək.