ABŞ etiraf etdi: “Kabildəki partlayışda mülki şəxslər də həlak olub”

Dünya
11:42 / 30.08.2021
785
ABŞ Kabildəki raket zərbəsi nəticəsində mülki
şəxslərin həlak olduğunu bildirib.
ABŞ hakimiyyəti
Amerika silahlı qüvvələrinin Kabildə avtomobilə endirdiyi raket zərbəsinin
qurbanları arasında mülki vətəndaşların olduğunu da etiraf edib.
Sfera.az-ın
Lenta.ru-ya istinadla məlumatına görə, bu haqda
CNN xəbər verib.
ABŞ Mərkəzi
Komandanlığının sözçüsü kapitan Bill Urban, Amerika tərəfinin partlayışın səbəblərini
araşdırdığını bildirib.
"Avtomobilin
məhvinə səbəb olan güclü partlayışlardan xəbərdarıq. Sözügedən avtomobilin içərisində
çoxlu partlayıcı maddələr olduğundan əlavə qurbanlar da ola bilərdi", - deyə o, vurğulayıb. Zabit həlak olanlar arasında mülki vətəndaşların
olma ehtimalından təəssüfləndiyini söyləyib.
Selcan
Sfera.az