Şəhid övladları üçün təşkil edilən düşərgə başa çatıb - FOTOLAR

Sfera.az xəbər verir ki, düşərgənin bağlanış mərasimində ASAN sədri Ülvi Mehdiyev, "YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, Fondun Himayəçilik Şurasının üzvləri və digər şəxslər iştirak ediblər.
Düşərgə ərzində uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, tanınmış şəxslər, peşəkarlar, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları təşkil olunub. Düşərgə şəhidlərimizin 8-11, 12-14, 15-18 yaş kateqoriyasında olan övladlarını əhatə edib. Düşərgə boyunca uşaqlar sığortalanıblar və davamlı olaraq həkim nəzarəti və psixoloqlar tərəfindən müşayiət olunublar.
Qeyd edək ki, düşərgə 2021-ci ilin 12 iyul tarixindən başlayıb. Ümumilikdə 300-dək uşağı əhatə edən 6 düşərgə həyata keçirilib. Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edib.




