Harvard Universiteti ateisti baş keşiş təyin etdi - FOTO

Harvard Universiteti ateisti baş keşiş təyin etdi - FOTO
Harvard Universitetində ilk dəfə ateist bir şəxs baş keşiş olub.
 
Sfera.az xəbər verir ki, bu vəzifəyə 2005-ci ildən bəri Harvardda humanist keşiş olaraq fəaliyyət göstərən Qreq Epsteyn təyin olunub. 

Bir çox teist inanc və məzhəbi təmsil edən 30-dan çox üzv Qreq Epsteyni universitetin din adamları təşkilatının rəhbəri seçib. Epstein həm Harvard, həm də Massaçusets Texnologiya İnstitutunda keşiş kimi fəal rol oynayır. 

O, Tvitter hesabında onu rəhbər olaraq seçdikləri üçün keşiş həmkarlarına təşəkkürünü bildirib.

Qeyd edək ki, Harvard Universiteti vaxtilə ilk puritan zəvvarlarına xidmət etmək üçün din xadimləri yetişdirmək məqsədilə qurulub.

Əzizə Zeynal
Sfera.az 


OXŞAR XƏBƏRLƏR