Zelenski ilə Baydenin görüşü təxirə salındı

Dünya
09:15 / 30.08.2021
799
Ukrayna prezidenti Vladimir Zelenskinin Amerika lideri Co Baydenlə avqustun 31-nə təşkil edilmiş görüşü təxirə salınıb.
Sfera.az xəbər verir ki, bu barədə "RBC Ukrayna” agentliyinə Prezident aparatındakı mənbə bildirib.
Məlumata görə, Zelenski ilə Baydenin sentyabrın 1-də görüşəcəyi planlaşdırılır.
Qeyd edək ki, görüş ikinci dəfədir təxirə salınır – bundan əvvəl prezidentlərin avqustun 30-da görüşəcəyi planlaşdırılsa da, sonradan plan dəyişdirilib. Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın bildirdiyinə görə, bu, səfər proqramının genişləndirilməsi ilə əlaqədardır.