DİN: Bəziləri polis görəndə maska taxırdı, mülki geyimli polislər buna son qoyacaq - VİDEO

DİN: Bəziləri polis görəndə maska taxırdı, mülki geyimli polislər buna son qoyacaq - VİDEO
Müşahidələrə əsasən, vətəndaşlarımız ictimai nəqliyyatda, qapalı məkanlarda polis görəndə "tibbi maskadan istifadə edirəm” görüntüsü yaratmağa çalışırdı. Mülki geyimdə olan polislərin xidmət aparması vətəndaşlarda arxayınlıq yaranması məsələsini kökündən həll etmək üçün ortaya qoyuldu.

Sfera.az xəbər verir ki, bunu ARB24-ün "Gündəm” verilişinə açıqlamasında DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyib. O bildirib ki, polisin mülki geyimdə xidmət göstərməsi beynəlxalq təcrübədə də var:

"Qanunvericiliyə əsasən polis zərurət olduqda mülki geyimdə xidmət edə bilər. Bununla bağlı ayrıca norma var. Təhlillərimiz göstərir ki, artıq vətəndaşlarımız ictimai nəqliyyata daxil olan zaman hansısa şəxsin polis olmasından və cərimə yazmasından ehtiyat edir. Ona görə də bu işin daha effektiv genişləndirilməsi və sağlamlıqla bağlı mühafizəni gücləndirmək çox ciddi diqqətdə saxlanılır. Xüsusən də bu, böyük şəhərlərdə həyata keçirilir ki, vətəndaşlarımız tərəfindən qaydalara əməl olunsun. Polisin, dövlətin heç bir halda vətəndaşı cərimələmək kimi marağı, istəyi yoxdur”.

E. Hacıyev onu da qeyd edib ki, xəbərdarlıq etmədən polisin karantin qaydalarını pozan vətəndaşı cərimələməsi tam qanuna uyğundur:

"İnzibati Xətalar Məcəlləsinin 211- ci maddəsinin sanksiya hissəsində xəbərdarlıq anlayışı yoxdur. Yalnız cərimə və inzibati həbs var”.
 


OXŞAR XƏBƏRLƏR

İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edildi

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.   Sfera....

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...

Kanadada festival zamanı maşın izdihamın üzərinə çırpıldı - Ölənlər var

Kanadada aprelin 26-da axşam Vankuverdəki “Lapu Lapu Day Block Party”də faciəli hadisə baş verib. İlkin məlumatlara görə, avtomobilin bayram şənliyi...