3-cü doza normal vaxtdan daha tez VURULA BİLƏR - VİDEO

3-cü doza normal vaxtdan daha tez VURULA BİLƏR - VİDEO
Orqan köçürülməsi edilən və ya orqan çatışmazlığından əziyyət çəkən şəxslərin peyvənd olunmasını tövsiyə edirik”.

Sfera.az xəbər verir ki, bunu ARB24-ün "Gündəm” verilişinə açıqlamasında həkim Mircəlal Kazımi deyib.

Onun sözlərinə görə sözügedən şəxslərin virusa yoluxma ehtimalı daha yüksəkdir:

"Təcrübəmizə əsasən orqan köçürülməsi edilən və ya orqan çatışmazlığından əziyyət çəkən şəxslərdə "Sinovac” peyvəndi hər hansı problem yaratmayıb. Dünyada aparılan elmi araşdırmalarla bağlı məqalələrdə hazırda bizdə də istifadə olunan "Pfizer-BioNTech” peyvəndindən geniş şəkildə istifadə edilməsini görürük.

Həmçinin ABŞ-da böyrək köçürülən və peyvənd vurulmayan 21 yaşdan aşağı gənclər arasında araşdırma aparıldı. Bu araşdırmada da məlum olub ki, xəstələrin 40 faizinin virusa yoluxduqdan sonra xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranıb.

40 faizin 33 faizi isə reanimasiyaya düşüb və süni nəfəs aparatına qoşulub. Hər nə qədər özlərini qorusalar da, orqan köçürüllmüş şəxslərin virusa yoluxma ehtimalı yüksəkdir. Çünki onlar xüsusi dərman preparatları qəbul edirlər.
 
Bu preparatların təsirindən isə orqanizmin immuniteti aşağı düşür. Buna görə də belə şəxslərə biz peyvənd vurulmasını tövsiyə edirik. Təbii ki, bu, onların seçimidir”.

M. Kazımi əlavə edib ki, peyvənd orqan transplantasiyası edilmiş şəxsləri 95 faiz virusdan qoruyur:

"Qaraciyər transplantasiyası olmuş şəxslər üzərində də peyvəndlərlə bağlı araşdırmalar aparılıb. İsraildə 80-90 şəxs üzərində aparılan araşdırmaya əsasən peyvənd bu şəxsləri 95 faiz hallarda koronadan qoruyur. Hətta tövsiyə xarakterli yazı da yayımladılar ki, onlara peyvəndin III dozası normalda qeyd olunan vaxtdan daha tez vurulsun”.

OXŞAR XƏBƏRLƏR

İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edildi

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.   Sfera....

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...

Kanadada festival zamanı maşın izdihamın üzərinə çırpıldı - Ölənlər var

Kanadada aprelin 26-da axşam Vankuverdəki “Lapu Lapu Day Block Party”də faciəli hadisə baş verib. İlkin məlumatlara görə, avtomobilin bayram şənliyi...