Paralimpiya Oyunları: Qadın cüdoçumuz Azərbaycana doqquzuncu qızıl medalı qazandırdı

İdman
13:31 / 29.08.2021
1142
Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan doqquzuncu qızıl medalı qazanıb.
Sfera.az-ın xəbərinə görə, buna ən ağır çəkili qadın cüdoçumuz Dürsədəf Kərimova (+70 kq) nail olub.
O, finalda Zarina Baybatinaya (Qazaxıstan) ipponla qalib gələrək qızıl medal qazanıb.
Bu nəticədən sonra Azərbaycan doqquz qızıl və iki bürünc medalla yeddinci sırada qərarlaşıb.