"Taliban" qadını edama məhkum etdi, qızlarını da silahlılara satdı

Qadınlara təhlükəsiz həyat söz verdiklərinə baxmayaraq, "Taliban” bir qadını qiyabi olaraq ölüm hökmünə məhkum edib. Həmin əfqan qadına bu cəza onu bıçaqlamaq istəyən, qızlarını taliblərə köləliyə satan keçmiş ərindən Hindistana qaçdığına görə verilib.
 

 
 
Hazırda Yeni Dehlidə yaşayan qadın mətbuata özünü Həyat kimi təqdim edib. Hindistanın "IANS” nəşrinin yazdığı kimi, hazırda Həyat idman məşqçisi işləyir və özü ilə qalan iki uşağını böyüdür. "Taliban” üzvü olan əri bu iki uşağı da din yoldaşlarına satıb, lakin Həyat qızlarını xaricə qaçırda bilib.
 

 
Həyat jurnalistlərə bildirib ki, toylarından bir müddət sonra ərinin hazırda ölkəsində hakimiyyəti ələ keçirən "Taliban” hərəkatının fəallarından biri olduğunu bilib.  Qadın danışıb ki, əri dəfələrlə onun üstünə biçaq çəkib, və qadının üzündə, boynunda və qollarında olan biçaq izləri buna sübutdur.
 

 
Ərinin taliblərə satdığı iki qızının taleyi haqqında Həyat ağlaya-ağlaya danışır. Onların acı taleyi haqda heçnə bilmir. O deyib ki, Hindistana digər iki qızını xilas etmək üçün qaçmaq məcburiyyətində olub. Axı keçmiş əri bu iki uşağı da taliblərə satıb. Həyat Əfqanıstana heç vaxt qayıda bilməyəcəyinə əmindir, çünki yaxşı bilir ki, taliblər onun ərinə pul ödədikdən sonra, bu uşaqları da onlara məxsus olduğunu düşünürlər.//virtualaz.org
 


OXŞAR XƏBƏRLƏR

İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edildi

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.   Sfera....

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...

Kanadada festival zamanı maşın izdihamın üzərinə çırpıldı - Ölənlər var

Kanadada aprelin 26-da axşam Vankuverdəki “Lapu Lapu Day Block Party”də faciəli hadisə baş verib. İlkin məlumatlara görə, avtomobilin bayram şənliyi...