35 metr hündürlükdə Budda heykəli UCALDILDI

35 metr hündürlükdə Budda heykəli UCALDILDI
Braziliyanın Espirito Santo əyalətinin şimalındakı İbirasu şəhərində nəhəng Budda heykəli ucaldılıb.

Sfera.az "Ria Novosti”-yə istinadən xəbər verir ki, hündürlüyü 35 metr olan abidə Braziliyadakı ən böyük Budda heykəli hesab olunur. 

Zen Buddist monastırında qoyulan abidənin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb.

Aprel ayında dəmir-betondan hazırlanmış 350 tonluq heykəlin açılışı planlaşdırılsa da, pandemiya ilə əlaqədar tədbir təxirə salınıb.

Hər həftə sonu heykələ tamaşa etməyə təxminən 4 min adam gəlir. 

OXŞAR XƏBƏRLƏR