CAS-ın Nurlan İbrahimovun şikayətinə baxacağı tarix açıqlandı

İdman
21:34 / 28.08.2021
1861
İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ” klubunun keçmiş mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsinə baxacaq.
Sfera.az xəbər verir ki, dinləmələr oktyabrın 8-nə təyin edilib.
Xatırladaq ki, Nurlan İbrahimov 44 günlük müharibə zamanı "Facebook” hesabında ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb.