İraq Türkiyədən “Bayraktar TB2” PUA-ları alır

20:45 / 28.08.2021
2446
İraqın Müdafiə Naziri Cuma İnad Sadun Türkiyədən "Bayraktar TB2” PUA-ları, həmçinin 12 ədəd T129 ATAK helikopteri və altı ədəd KORAL – mobil elektron hərbi sistemlərini alacaqlarını açıqlayıb.
Sfera.az xəbər verir ki, bu barədə Yeni Şafak məlumat yayıb.
Nazirin sözlərinə görə, artıq PUA-larla bağlı razılıq əldə olunub. Helikopter və KORAL sistemlərinin alınması məsələsi ilə müzakirə edilir.