Türkiyə sərhədlərini turistlər üçün bağlayır? - AÇIQLAMA

Türkiyə sərhədlərini turistlər üçün bağlayır? - AÇIQLAMA
Hazırda koronavirusa yoluxma hallarının artdığı Türkiyədə turistlər üçün sərhədlərin yenidən bağlanması və yeni məhdudiyyətlərin tətbiqi istisna edilmir. 

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Antalya Ticarət və Sənaye Palatası (ATSO) Şurasının avqustda keçirilən onlayn toplantısında təşkilatın prezidenti Davut Çetin deyib ki, təkcə bu ilin avqustunda ölkəyə təxminən 2,5 milyon turist səfər edib və bu, 2019-cu ilin göstəriciləri ilə müqayisə oluna bilər.

Bununla belə, ilin əvvəlindən etibarən Türkiyəyə gələnlərin sayında 2019-cu ilin eyni dövrü ilə müqayisədə təxminən ikiqat azalma qeydə alınıb: 10,5 milyona qarşı 5,5 milyon nəfər. 

D.Çetin həmçinin dövlətin virusun yayılmasının qarşısını almaq və turizmi qorumaq üçün kifayət qədər tədbir görmədiyini iddia edir.

"Vaksinasiya zəruridir. Xidmət sektorundan, ictimai yerlərdən qaydaların tətbiq olunmasını xahiş edirəm. Əgər bağlanmanın təkrarlanmasını istəmiriksə, daha ciddi tədbirlər görməliyik", - o deyib. 

OXŞAR XƏBƏRLƏR