Paralimpiya Oyunlarında korona çaxnaşması: Yoluxma sayı 219 -a yüksəldi

Paralimpiya Oyunlarında korona çaxnaşması: Yoluxma sayı 219 -a yüksəldi
Paralimpiya Oyunlarında akkreditə olunan şəxslərdən koronavirusa yoluxanların sayının 219-a çatdığı bildirilib.
 
Sfera.az xəbər verir ki, 2020 Paralimpiya Oyunlarında akkreditə olunmuş şəxslərdə koronavirusa yoluxma halları artmaqda davam edir.

Belə ki, Təşkilat Komitəsi, Paralimpiya Oyunları çərçivəsində daha 22 nəfərdə COVID-19 aşkarlandığını açıqlayıb. Turnirdə yarışan heç bir idmançı, son 24 saat ərzində virusa yoluxanlar arasında olmayıb.

Sutka ərzində koronavirusa yoluxanlar arasında 5 turnir rəsmisi, 3 könüllü və 14 müqavilə işçisi var. Virus aşkarlanan şəxslər karantinə alınıb.

Qeyd edək ki, 160 ölkədən təxminən 4400 idmançının yarışdığı 2020 Tokio Paralimpiya Oyunları sentyabrın 5 -dək davam edəcək.

Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR