Putindən Türkiyəyə tərəf ilk addım

Putindən Türkiyəyə tərəf ilk addım
 
Rusiya və Türkiyə arasında münasibətlərin normallaşması üçün ilk addımlar atılır.

Anspress-in məlumatına görə, Türkiyə baş nazirinin köməkçisi Numan Kurtulmuş baş nazir Binali Yıldırımın rəhbərliyi ilə keçirilən iclasdan sonra mətbuata verdiyi açıqlamada bildirib ki, Rusiyada investorların Türkiyədən olan işçiləri çalışdırmağı üçün qoyulan qadağa aradan götürülür. 

"Son zamanlarda Rusiya ilə əlaqələrimizinin yaxşılaşdığı hiss edilir. Rusiya tərəfinin də əlaqələrin normallaşması üçün gərəkli addımı atdığını görürük”.

Türkiyə rəhbərliyi də Rusiya ilə münasibətlərin yaxşılaşması üçün addımlar atmağa başlayıb. Baş nazir B.Yıldırım bu axşam təşkil edəcəyi iftara Rusiyanın Türkiyədəki səfirini də dəvət edib. 

Həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Günü münasibəti ilə prezident Vladimir Putinə təbrik məktubu göndərmişdi.
Məktubda Rusiya və Türkiyə arasında münasibətlərin yaxşılaşmasına ümid ifadə olunurdu. Amma Rusiya tərəfi Türkiyənin bu jestini sədəcə protokol adlandırmışdı.

Ötən il noyabrın 24-də Suriya ilə sərhəddə "Su-24" rus təyyarəsinin vurulmasından sonra Rusiya-Türkiyə münasibətləri soyuyub. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib. 

Bir sıra iqtisadi sanksiyaların tədbiqi başlayıb. Rusiya Türkiyə ilə vizasız rejimi də dayandırmaq barədə qərar qəbul edib. Türkiyə ilə vizasız rejim 2016-cı il yanvarın 1-dən dayandırılıb.

Rusiya prezidenti V.Putin ötən il noyabrın 28-də Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiqi haqqında fərman imzalayıb. Müvafiq qərara əsasən, Rusiyada 2016-cı ilin yanvarın 1-dən Türkiyədən bir sıra kənd təsərrüfatı xammalı və ərzaqların gətirilməsinə qadağa qoyulub.

Sənədə əsasən, Türkiyənin yuridiksiyası altında olan təşkilatlar üçün Rusiyada bir sıra işlərin icra edilməsinə məhdudiyyətlər yaradılır.
 

OXŞAR XƏBƏRLƏR

Dolaba qoyduğu qeyd sayəsində öz qətlinin sirrini açan gənc qadın - FOTO

Təxminən 15 il əvvəl ABŞ-da yaşayan Qriselda Kassamajor adlı qadın işlədiyi masaj salonunda ölü tapılmış və onun qətlinin sirri uzun müddət açılmamış qalmışdır....

Azərbaycan Dili və Əlifbası Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.   Sfera.az xatırladır ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin...

Gəlin daim başqalarının paketini icazəsiz açan qayınanadan intiqam aldı

Britaniyalı qadın mütəmadi olaraq paketləri açan qayınanasının hərəkətlərindən bezib.    O, qayınanasının həyasızlığı ilə üzləşdiyini deyib. Qad...

Rəsmi Bakıdan Rusiyaya XƏBƏRDARLIQ

Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Xankəndidə İvan Azvazovskinin büstünün sökülməsi məsələsini şərh edərkən, Rusiya Prezidentinin xüsusi nümayəndə...

Nasistlərin heç vaxt tapmadığı sirli xəstəxana - FOTO

Franja Partizan Xəstəxanası Sloveniyanın qərbindəki Pasica vadisində gizlənmiş İkinci Dünya Müharibəsi dövründə gizli bir xəstəxana idi.   Sfera.az b...

Şimali Koreyada bu əşyaların satışı qadağan edilib

Şimali Koreyada həyat dünyanın qalan hissəsindən əhəmiyyətli dərəcədə fərqlənən qaydalar və məhdudiyyətlərlə idarə olunur. Ölkədə bir çox məişət əşyalarının sat...