İran və Pakistan Əfqanıstanla bağlı hansı qərara gəlib? - "Vətəndaş müharibəsi ola bilər..."

İran və Pakistan Əfqanıstanla bağlı hansı qərara gəlib? -
Ötən gün İran prezidenti İbrahim Rəisi Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşini qəbul edib.

Görüşdə ikitərəfli və regional məsələlər, xüsusilədə Əfqanıstandakı vəziyyət müzakirə edilib.

Maraqlıdır, tərəflər Əfqanıstanla bağlı hansı razılaşmaları əldə edə bilər? 

Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Məhəmməd Əsədullazadə Pakistanın Əfqanıstan məsələsi ilə bağlı İrana müəyyən mənada təzyiq etdiyini bildirib:

"Əfqanıstanda Talibanın hakimiyyətə gəlməsi təbii olaraq Əfqanıstana qonşu olan Pakistan və İranı yaxından maraqlandırır. Hər iki ölkə Talibanın hakimiyyətə gəlməsi ilə ciddi problemlə üzləşib. Pakistanda Talibanın silahlı radikal qrupu var ki, onlar puştuların yaşadığı ərazidə silahlı üsyana qalxmaq istəyirlər. Həmçinin, Talibanın İrana qarşı yaxın perspektivdə sərhəddə silaha əl atması ilə bağlı qorxu var. Bundan başqa Taliban və Pakistanın hakimiyyətdə olan əsas qüvvələrinin bir-biri ilə sıx əlaqələri mövcuddur. Pakistanın xarici işlər nazirinin İranla sərhəddə Talibanla əlaqələrin bundan sonra hansı istiqamətdə qurulacağı,Talibana Pakistan və İranın tam dəstəyinin verilib-verilməməsi məsələsi də müzakirə olunacaq". 

Ekspert İran və Pakistan arasında Əfqanıstanla bağlı razılaşma əldə olunmazsa, vətəndaş müharibəsinin yarana biləcəyini qeyd edib:

"Pakistanın təktərəfli olaraq Talibana dəstəyi və İranın Talibana qarşı  fqanıstanda silahlı qüvvələri dəstəkləməsi təbii olaraq Əfqanıstanda sülhün əldə edilməsinə maneə olar. Bu səbəblə Əfqanıstan daxilində vətəndaş müharibəsi də başlaya bilər. Ona görə də Pakistan çalışır ki, həm ölkə daxilində Talibanın bir qanadı ilə əməkdaşlığı qoruyub-saxlasın və İranın dəstək olduğu silahlı qüvvələr taliblərə qarşı əks hücuma keçməsin. Ümumi situasiyaya uyğun olaraq İran və Pakistan birgə fəaliyyət göstərəcək".


Əzizə Zeynal 
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...