Rusiyanın Su-24 təyyarəsi qəzaya uğradı

Rusiyanın Su-24 təyyarəsi qəzaya uğradı
Rusiyanın Perm vilayəti yaxınlığında Su-24 təyyarəsi qəzaya uğrayıb.

Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Hərbi Dairənin mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd edilir ki, planlaşdırılmış təmir işləri üçün təmiri müəssisəsinə uçarkən Su-24 Perm şəhərinin 95 kilometr qərbində qəzaya uğrayıb. Pilotlar katapult edib. Hazırda onların təxliyyəsi üçün axtaış-xilasetmə xidmətinin vertolyotu əraziyə yollanıb. Uçuş döyüş sursatı olmadan həyata keçirilib və təyyarə meşəlik əraziyə düşüb.

OXŞAR XƏBƏRLƏR