Məşhur aktyorun "Porsche"si oğurlandı

Məşhur aktyorun
Hollivud ulduzu Tom Kruzun başına iş gəlib.

Sfera.az bildirir ki, "Mission: İmpossible-7" filminin çəkiliş prosesində aktyorun avtomobili oğurlanıb.

Məlumata görə, maşın Kruzun qaldığı otelin dayanacağında yerləşib. Naməlum şəxslər tərəfindən ələ keçirilən avtomobillə birlikdə oğurlanan əşyaların dəyərinin minlərlə funt-sterlinq olduğu açıqlanıb.

"Porsche" markalı maşının qiyməti isə 100.000 funt sterlinq (təxminən 233 min AZN) dəyərində olub.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR