"Taliban" ABŞ-ın 85 milyard dollarlıq hərbi inventarını ələ keçirib - VİDEO

17:33 / 27.08.2021
1621
ABŞ Nümayəndələr Palatasının ən fəal respublikaçı nümayəndələrindən olan Cim Banks bir qrup respublikaçı millət vəkili ilə birlikdə ABŞ Nümayəndələr Palatasında mətbuata açıqlamalar verib.
Sfera.az xəbər verir ki, Bayden Hökumətinin "evakuasiya rüsvayçılığını" tənqid edən Cim Banks "Taliban” bu qədər irəliləməzdən əvvəl Əfqanıstanı tərk etməyən ABŞ-ın Kabil hava limanında alçaldıldığını, hərbi təchizatların geri alınmadığını və "Taliban" tərəfindən ələ keçirildiyini bəyan edib.
O, "Taliban”ın bu dövrdə 85 milyard dollarlıq ABŞ hərbi inventarını ələ keçirdiyini açıqlayıb:
"Taliban" ABŞ-dan 200-dən çox təyyarə və vertolyot, 75 mindən çox texniki vasitə, 600 mindən çox kiçik silah və tüfəng, külli miqdarda gecə görmə eynəkləri, bədən zirehləri, tibbi ləvazimatlar ələ keçirib".
O qeyd edib ki, "Taliban hazırda" dünya ölkələrinin 85%-dən çox "Black Hawk" helikopterlərinə sahibdir.
"Ən pisi isə odur ki, 20 illik Əfqanıstan müharibəsində ABŞ əməkdaşlarının barmaq izləri də daxil olmaqla, ABŞ-ın hərbi sirləri, biometrik cihazlar da ələ keçirilənlər arasındadır. Bu hökumətin bütün bunları geri almaq planı isə yoxdur", - deyə C.Banks vurğulayıb.
İnci
Sfera.az