“Kabil terroru Baydenə növbəti ağır zərbə oldu” – ABŞ prezidentini impiçment gözləyir?

16:06 / 27.08.2021
1398
"Təxliyyə fiaskosundan sonra bu hadisə Baydenə və demokratların mövqelərinə növbəti ağır zərbədir”.
Sfera.az bildirir ki, bunu siyasi şərhçi Şahin Cəfərli Kabil hava limanındakı terrorda ölən amerikalı əsgərlərdən danışarkən deyib.
O bildirib ki, artıq 79 yaşına girmiş Baydenin idarəçilik qabiliyyətinə dair ciddi şübhələr yaranıb:
"Respublikaçılar impiçment tələb edir. Baydenin düşdüyü durum demokratları qorxudur. Gələn il Konqresə ara seçkilər keçiriləcək. Gedişat onu göstərir ki, respublikaçılar böyük ehtimalla palatalardan azı birini (Senatı) yenidən nəzarətə götürəcək.
Maraqlıdır ki, demokratlar ən çox Baydenin xarici siyasət təcrübəsi ilə öyünürdülər, uğursuzluqlar da məhz bu sahədə gəldi. İndi o boyda dövlət "Taliban”a möhtac qalıb ki, təxliyyə əməliyyatının təhlükəsizliyi daha etibarlı təmin olunsun”.
Ş.Cəfərli həmçinin bildirib ki, başqa bir önəmli detal İŞİD-in Əfqanıstanda bu dərəcədə operasyonel gücə sahib olmasıdır:
"Əgər bugünkü terrorun təşkilində "Taliban”ın rolu yoxdursa, yəni İŞİD bunu tamamən öz gücü ilə həyata keçiribsə, bu, o deməkdir ki, Əfqanıstanın yaxın gələcəkdə suriyalaşma potensialı var”.
Günay Rəsulqızı
Sfera.az