“Dünənki terror aktı göstərdi ki...” – Əfqanıstanda nə baş verir?

Dünya
15:36 / 27.08.2021
1604
Türkiyə və Azərbaycan sülhməramlılarının Əfqanıstdan
geri çağrılması bir neçə gündür, müzakirə mövzusudur. Xüsusilə Pakistan və
Taliban arasında Kabil hava limanının qorunmasında Türkiyə ilə bağlı razılaşmanın
olmasından sonra bu addım təəccüb doğurur.
Türkiyə sülhməramlıları Əfqanıstandan nə üçün çıxdı?
Bundan sonrakı proseslər necə olacaq?
Mövzu ətrafında Sfera.az-a danışan politoloq Zaur Məmmədov
Türkiyə və Azərbaycan qüvvələrinin
Əfqanıstanadn çıxarılmasınln taliblərin istəyinə bağlı olduğunu deyib.
Ekspert bundan sonrakı mərhələdə ABŞ-ın mövqe dəyişdirməli olacağını deyib:
"Taliblər bütün
Əfqanıstanda digər ölkə hərbçilərinin çıxarılması ilə
bağlı göstəriş verib. Dünənki terror aktı göstərdi ki,
demokratlar Baydenin Əfqanıstanla bağlı siyasətində düzəlişlər etməlidirlər. Ən
azından Əfqanıstandakı vəziyyətin sabitləşməsində, İŞİD-ə qarşı mübarizədə ABŞ
məsuliyyəti öz üzərinə götürməlidir. Baydenin ötən gün İŞİD-i vurmaqla bağlı açıqlaması
göstərir ki, Tramp və respublikaçıların demokratları tənqid etməsi işə yarayıb.
Demokratlar başa düşüblər ki, gələcəkdə parlament seçkiləri var və eyni zamanda
ABŞ-ın son addımları dünya miqyasında ABŞ-a zərbə vurub".
Politoloq Əfqanıstanın coğrafi şəraitinin də taliblərə
qarşı mübarizə üçün maneə yaratdığını deyib:
Əzizə Zeynal
Sfera.az