“12-ci İmam” kimi həbs edilən “Şaurma N1”in şəriki Aqillə ona qarşı ifadə verənlər eyni məclisdə - VİDEO

“12-ci İmam” kimi həbs edilən “Şaurma N1”in şəriki Aqillə ona qarşı ifadə verənlər eyni məclisdə - VİDEO
Bir neçə gün əvvəl Daxili İşlər Nazirliyi özünü 12-ci İmam Mehdi kimi təqdim edib insanlara qarşı külli-miqdarda dələduzluq edən Babayev Aqil Zalış oğlunun həbs edilməsi ilə bağlı məlumat yaysa da, sosial şəbəkələrdə hələ də Babayevlə bağlı müzakirələr davam edir.

Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, Aqil Babayev avqustun 4-də həbs edilsə də, Daxili İşlər Nazirliyi avqustun 24-də onun həbsi ilə bağlı birgə məlumat yayıb. Həmin məlumatda deyilir ki, Aqil Babayev özünü zühur etmiş 12-ci İmam Mehdi kimi təqdim edib, onlarla insanı aldadıb. Onun haqqında Nərimanov Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilib. 

Aqil Babayevin yaxınları bu məsələyə etirazlarını bildirirlər. Onlar bildiriblər ki, bu, Aqilin dostları və "Şaurma N1”in sahibi Natiq Sadıqov və əlaltıları tərəfindən qurulmuş tələdir. Onlar imam iddiasının da saxta və gülünc olduğunu deyirlər. Məsələyə ciddi şəkildə baxılmasını xahiş edirlər. Sahibkarın yaxınları etirazlarını bildirmək üçün müraciət etdikləri qurumların heç birinin işə baxmadığını deyirlər.

Qeyd edək ki, sahibkar Aqil Babayevin şənliklərdə piano çaldığı, əməkdar artist Elnur Zeynalovu qarmonda müşayiət etdiyi, ad günlərində həmin o üzünə dayanan "dostları” ilə birgə zaman keçirtdiyi videolar mediaya sızıb. Belə bir ilginc sual ortaya çıxır…Məgər belə 12-ci imammı olar?!


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...