Pakistan əsgərləri sərhəddə əfqanlara atəş açdı - Ölənlər var

Pakistan əsgərləri sərhəddə əfqanlara atəş açdı - Ölənlər var
Pakistan silahlı qüvvələri ölkəni tərk etməyə çalışan əfqanlara atəş açıb, həlak olanlar var.

Sfera.az-ın məlumatına görə, Pakistan qüvvələri Torkham keçid məntəqəsindən ölkəyə qanunsuz daxil olmaq istəyən bir qrup əfqanı atəşə tutub. Bu haqda RİA "Novosti” "Taliban” hərəkatı sıralarındakı mənbəyə istinadla xəbər verib.
 
Ümumilikdə, on nəfər sərhədi qanunsuz keçmək istəyib. Mənbə bildirib ki, nəticədə 3 nəfər ölüb, 5 nəfər isə yaralanıb. "Öldürülənlərin nəşləri sərhəd məntəqəsindədir”,- deyə o, əlavə edib.
 
Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR