Böyük Britaniya Kabildə terror olacağını saatlar öncə bəyan etsə də... – Niyə tədbir görülmədi?

Böyük Britaniya Kabildə terror olacağını saatlar öncə  bəyan etsə də... – Niyə tədbir görülmədi?
"Əfqanıstan probleminə münasibətdə Londonla Vaşinqton arasında daxili çəkişmə gedir. Onların maraqları müəyyən dərəcədə üst-üstə düşmür”.

Bu sözləri Sfera.az-a açıqlamasında Böyük Britaniya Müdafiə Nazirliyinin Kabil aeroportunda terror olacağı xəbərdarlığı etməsinə rəğmən önləyici tədbirin görülməməsinə münasibət bildirərkən, politoloq Turan Rzayev deyib:  
 
"Müxtəlif dövlətlərin maraqları üst-üstə düşmür. Hətta Qərb dövlətləri belə öz aralarında "Taliban” məsələsində necə hərəkət etmək barədə ümumi fikrə gələ bilməyib. Bu mənada Böyük Britaniyanın qabaqlayıcı xəbərdarlığına bəzi dövlətlər əhəmiyyət verməyə də bilər. Çinlə Rusiyanın maraqları Qərbə nəzərən daha fərqlidir. Ona görə də ola bilər, bu xəbərdarlıq müəyyən mənada ciddiyə alınmayıb”.
 
Politoloq bəzi dövlətlərin sözügedən terror hadisəsinin baş verməsində maraqlı olduqlarını da istisna etmir: "Xüsusən də ABŞ-ın işin içində olduğu düşünülür. Hətta ABŞ-la London arasında Əfqanıstan məsələsində müəyyən fikir ayrılıqları mövcuddur. Onlar arasında daxili çəkişmə gedir”. "Bir kəmər, bir yol” layihəsi Böyük Britaniya üçün fürsət olsa da, ABŞ üçün təhdiddir. Çünki "İpək yolu”nun dənizlərdən quru xəttə keçməsi dəniz ölkəsi ABŞ üçün kifayət qədər problemin yaranması deməkdir. Ona görə də bu məsələdə Londonla Vaşinqton arasında fikir ayrılığı var”.
 
Elçin
 

OXŞAR XƏBƏRLƏR