Bayden komandirlərə "vur" əmri verdi: "Bunu bağışlamayacağıq, qisas alacağıq”

Bayden komandirlərə
ABŞ prezidenti Co Bayden Əfqanıstandakı partlayışlarla bağlı açıqlama verib.
 
Sfera.az bildirir ki, ölkə başçısı çıxışında İŞİD-i hədəf alaraq xəbərdarlıq edib. Bayden baş verənləri anbaan izlədiklərini vurğulayıb.

"Bu hücumları gözləyirdik. Təxliyə prosesini davam etdirib missiyamızı tamamlayacağıq. Kabildəki partlayışları isə İŞİD-in Xorasan qolu edib. Bunu bağışlamayacağıq, hücumu reallaşdıranları izləyəcək, onlardan qisas alacağıq”.

Bayden həmçinin Xorasan qrupuna hücumla bağlı komandirlərə əmr verdiyini də deyib.

Günay Rəsulqızı
Sferra.az

OXŞAR XƏBƏRLƏR