Almaniyada Azərbaycanı layiqli təmsil edən doktoru siz də tanıyın! - FOTO/VİDEO

11:03 / 27.08.2021
2054
Dünya miqyasında ölkəmizi müsbət mənada tanıdan, peşəkar azərbaycanlı tibb mütəxəssisləri çoxdur.
Sfera.az xəbər verir ki, onlardan biri də 10 ilə yaxındır ki, Almaniyada yaşayıb çalışan, onlarla təcrübə proqamının və "hands on" təlimlərinin iştirakçısı, uroloq Hikmət İsmayılovdur.
Gənc olmasına baxmayaraq çox yüksək naliyyətlər əldə edən Hikmət İsmayılov 08.06.1988-ci ildə Bakıda anadan olub. Ali təhsilini 2005-2011-ci illərdə Azərbaycan Tibb Universitetində alıb.
2012-2014-cü illərdə o, "Xaricdə Təhsil Dövlət Proqramı” çərçivəsində Təhsil Nazirliyinin stipendiyaçısı olaraq Almaniyanın Haydelberq Universitet Klinikasının Urologiya və Uşaq Urologiyası şöbəsində çalışıb.
2014-2017-ci illərdə isə Eberbax şəhər xəstəxanasının Urologiya və Uşaq Urologiyası şöbəsində işləyib. Bundan sonra Hikmət İsmayılov 2017-2020-ci illərdə Ostfildern şəhərində Urologiya və Uşaq Urologiyası şöbəsində fəaliyyətini davam etdirib. O, eyni zamanda, Avropa Uroloqlar Assosasiyasının üzvüdür
2020-ci ildən Urologiya və Uşaq Urologiyası mütəxəssisi (Facharzt/Uzman) ünvanını alan Hikmət İsmayılov həmin tarixdən Mönxenqladbax şəhər xəstəxanasında çalışır.
Artıq bu ildən etibarən, həmvətənlimiz xəstəxananın Prostat xərçəngi mərkəzinin ko-koordinatorudur.
Qeyd edək ki, Hikmət İsmayılovun dar ixtisası endoskopik və Da-Vinçi robotik onkoloji cərrahiyədir.
İnci
Sfera.az