“Öldürülən hər amerikalı üçün Əfqanıstandakı bir şəhər yer üzündən silinməlidir” - Amerikalı məşhur aparıcı

11:01 / 27.08.2021
618
Amerikalı aparıcı Tod Starnes Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayışlara sərt reaksiya verib.
Sfera.az bildirir ki, aparıcı bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Belə ki, Starnes "Öldürülən hər amerikalı üçün Əfqanıstandakı bir şəhər yer üzündən silinməlidir”, - deyə qeyd edib.
İzləyicilərin narazılığı ilə qarşılaşan aparıcı yenidən paylaşım edib: "Əgər Talibanı bu yolla təhdid etməsək, cinayətlər davam edəcək. Pisliklə qəddar şəkildə mübarizə aparmaq lazımdır”.
Xatırladaq ki, Kabil hava limanında baş verən partlayışlarda 13 amerikalı əsgər ölüb, 15-i yaralanıb.
Günay Rəsulqızı
Sfera.az