Kabildəki 6 partlayış nəticəsində 72 nəfər ölüb, 150 nəfər yaralanıb - FOTOLAR

10:50 / 27.08.2021
666
Əfqanıstanın paytaxtı Kabildə baş verən 6 partlayış nəticəsində 72 nəfər həyatını itirib.
Sfera.az-ın məlumatına görə, partlayışda 150 nəfərin yaralandığı qeyd edilib.
Kabil hava limanı yaxınlığında baş verən iki partlayışdan sonra şəhərdə də dörd şiddətli partlayış baş verib. Bununla bağlı Talibanın rəsmi nümayəndəsi Zabihullah Mücahid sosial şəbəkə hesabında paylaşım edərək, qeydə alınan növbəti partlayışların ABŞ tərəfindən reallaşdığını deyib:
"Sözügedən dövlətin qüvvələri hava limanı daxilindəki texnikalarını məhv etdiyinə görə, partlayışlar baş verdi”.
ABŞ mediasının məlumatına görə isə Kabildəki partlayışda ölənlər arasında 13 amerikalı əsgər olub, 15-i xəsarət alıb.
Qeyd edək ki, İŞİD Kabil hava limanı yaxınlığındakı partlayışlara görə məsuliyyəti üzərinə götürüb.
Günay Rəsulqızı
Sfera.az