“Təbii immunitet və peyvənd “delta” variantına qarşı yüksək qoruyuculuq yaradır”

“Təbii immunitet və peyvənd “delta” variantına qarşı yüksək qoruyuculuq yaradır”
"Sürətlə yayılma qabiliyyətinə görə "delta” variantı ilə bağlı təhlükə bütün dünya ölkələrində gündən-günə artır. Artıq dünyanın bir çox ölkəsində ciddi problemlər yaradan bu variantla mübarizədə ciddi elmi əsaslı strategiya və analiz tələb edilir. Məhz sual doğuran ciddi elmi məqamlara doğru cavab tapmaq üçün artıq bir neçə tutarlı tədqiqatlar başa çatıb ki, bunlardan da biri İsraildə yekunlaşıb”.

Sfera.az xəbər verir ki, bu fikirləri açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universitetinin tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

Onun sözlərinə görə, bu tədqiqatın nəticəsi bir daha onu göstərir ki, pandemiya dönəmində virusla mübarizənin elmi əsaslı olması ən doğru strategiyadır: "Tədqiqatda virusa yoluxub sağalanlarla xəstəliyə yoluxmadan BionTech/Pfizer peyvəndi vurduranlar müqayisə edilib. Nəticəyə görə 6-8 ay öncə sadəcə peyvənd alanlarda "delta" variantına yoluxma riski xəstəliyə tutulub sağalanlarla müqayisədə 13 dəfə çoxdur. Tədqiqatın başqa maraqlı nəticəsi digər önəmli müqayisədən sonra ortaya çıxır. Belə ki, yuxarıda qeyd edilən müqayisəyə xəstəliyə yoluxub sağaldıqdan sonra peyvənd vurduranlar da əlavə edilir. Bu zaman aşkarlanır ki, xəstəliyə yoluxub sağalanlara tətbiq edilən peyvənddən sonra "delta” variantına qarşı yüksək qoruyuculuq var. Tədqiqatın ümumilikdə olan bu nəticələri onu deməyə əsas verir ki, virusa, xüsusi ilə də "delta” variantına qarşı təbii immunitet peyvəndin yaratdığı immunitetdən dəfələrlə güclü və çox önəmlidir”.

Azərbaycanlı alim bildirib ki, məhz bu nəticə əsas tutularaq pandemiya dönəmində yeni elmi əsaslı strategiyalar düşünülməlidir: "Məsələn, strategiyada nəzərə almaq olar ki, bu gün tətbiq edilən ikinci nəsil peyvəndlər həm də güclü təbii immuniteti qazanmaq üçün müəyyən faiz etibarı ilə daha təhlükəsiz kömək vasitəsidir. Digər önəmli məsələ gələcəkdə strategiyanı doğru qurmaq üçün bu gün xəstələnənlərin həqiqətən COVID-19 olub-olmadıqları dəqiq testlər vasitəsi ilə müəyyən edilməlidir. Çünki gələcəkdə həmin şəxslərin təbii immunitet qazanıb qazanmadığı yeni strategiyada çox önəmli rol kəsb edəcək”.
 
(APA)

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...

İzləyicini ekranda saxlamaq üçün...- Ülviradan "Toy olsun"la bağlı ETİRAF

Teleaparıcı Ülvira Qarayeva "Qapqara" verilişinin olub.   Sfera.az xəbər verir ki, verilişdə o, bir zamanlar aparıcısı olduğu "Toy ols...