Kabildə hava limanının yaxınlığında partlayış: ölənlər var

Dünya
18:42 / 26.08.2021
1046
Kabil hava limanı yaxınlığında baş verən partlayış nəticəsində azı 11 nəfər həlak olub.
Sfera.az-ın məlumatına görə, bu barədə "Sky News" "Arabia" mənbələrinə istinadən xəbər verir.
"Əl-Cəzirə" telekanalının verdiyi məlumata görə, azı 15 nəfər yaralanıb.
"Reuters" agentliyinin verdiyi məlumata görə, ABŞ partlayışa səbəb kimi intihar hücumunun olduğunu təsdiqləyib. "The Wall Street Journal" qəzetinin yazdığına görə, ABŞ ordusu partlayışdan zərər çəkib.
"Fox" telekanalı hava limanı yaxınlığında ikinci partlayışın olması barədə məlumat yayıb.